Dəhşətli qəzada üç nəfər diri-diri yandı – VİDEO
Ötən gecə Dağıstanın Mahaçqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “VKontakte” sosial şəbəkəsinin “Qolos Daqestana” səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, qəza Mahaçqala şəhərinin Əhmədxan Sultan prospektində qeydə alınıb.
“Mercedes”in “VAZ-21099” markalı avtomobillə toquşması nəticəsində hər iki maşın alova bürünüb.
Qəzada “Mercedes” markalı avtomobildə olan iki nəfər və “VAZ-21099”un sürücüsü yanaraq ölüblər.

