Hadisə 

Bakıda iki yaşlı qız faciəvi şəkildə öldü

Dünən saat 14:00 radələrində Bakıda iki yaşlı qız bədbəxt hadisənin qurbanı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Qızılqum yaşayış massivində 2018-ci il təvəllüdlü E.K. həyətlərində yerləşən hovuzda boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər