Spiker yeniliyin anonsunu verdi: “Telekanalların birində…”
Milli Məclisin payız sessiyasından etibarən Azərbaycan telekanallarından birində parlamentin fəaliyyəti barədə bir saatlıq veriliş yayımlanacaq.
ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, verilişin formatı haqqında müzakirələr aparılır.
Qeyd edək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.Oxu.Az

