Cəmiyyət 

DİM-də növbəti SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları (SAT and SAT with Essay) keçirilib. İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

ARANTV.AZ  bildirir ki, DİM-dən trend-ə verilən məlumata görə, imtahanlarda 35 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabrın 19-da elan olunması gözlənilir. SAT with Essay imtahanının nəticələri isə oktyabrın 22-24-də elan ediləcək.

Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdə əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Daha çox xəbərlər