Sosial 

Komitə sədri aliment ödəməyənlərin saxlanılmasını təklif edir

Milli Məclisin iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova alimenti ödəməyənlərlə bağlı məsələ qaldırıb.

ARANTV.AZ-ın xəbərinə görə, H.Hüseynova “Məhkəmə-Hüquq Şurası” haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən aliment ödəməyən şəxslər barədə tədbirlər görülmür.

Deputat qeyd edib ki, alimenti ödəməyən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır.

“Təklif edirəm ki, alimenti ödəməyənlər axtarışa verilsin, saxlanılsın və barələrində tədbirlər görülsün”, – deyə H.Hüseynova əlavə edib. Oxu.Az

Daha çox xəbərlər