Sürücü avtomobili körfəzə saldı – VİDEO
Rusiyanın Primorye bölgəsində idarəetməni itirən sürücü maşını Böyük Pyotr körfəzinə salıb.
REN TV xəbər verir ki, hadisə yaxınlıqda olan avtomobilin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Minik maşınının sürücüsü nəqliyyat vasitəsini tərk edərək, sahilə qədər üzüb və xilas ola bilib.
Axın avtomobili suyun dərinliyinə aparıb.
Hadisənin təfərrüatı araşdırılır.

