Dünya 

Ermənistanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 13 325 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, son sutka ərzində 195 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 211 nəfər koronavirusdan ölüb, 9 015 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Daha çox xəbərlər