Kriminal 

Bakıda küçədə bıçaqlanan kişi komaya düşdü

Bakıda orta yaşlı kişi bıçaqlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Tərlan Abdulhüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə “AzərSuTikinti” xəstəxanasına gəlib.

Xəstəxanada yaralı xəsarətlərin ağırlığından komatoz vəziyyətə düşüb.Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər