Qazaxıstanda koronavirusa daha 245 nəfər yoluxdu
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 245 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 13 319 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 nəfər ölüb, ölənlərin ümumi sayı 61 nəfər təşkil edir.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların 8 015 nəfər sağalaraq evə buraxılıb.

