Rusiyada bir gündə 216 nəfər koronavirusdan öldü
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 404 nəfər virusa yoluxub, 216 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 493 657 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 358 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 252 783 nəfər virusdan sağalıb, 234 516 nəfərin müalicəsi isə davam edir.

