Dünya 

Latviyada koronavirusa yoluxanların sayı 1092 nəfərə çatıb

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq, 1092 nəfərə çatıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 121 min 783 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1731 nəfərdən analiz götürülüb.

Yeni növ koronavirusdan 26 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 794 nəfər təşkil edib.

Ölkədə virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Daha çox xəbərlər