Dünya 

Ermənistanda ötən gün 18 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 14 669 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 566 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 18 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 245 nəfər koronavirusdan ölüb, 8 876 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Daha çox xəbərlər