Hadisə 

Bakı-Sumqayıt yolunda ağır qəza – VİDEO

Bir neçə dəqiqə əvvəl Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Hyundai Sonаta” markalı avtomobilin sürücüsü idarəetməni itirib və dəmir maneələrə çırpılıb.

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

oxu.az

Daha çox xəbərlər