Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini keçdi
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 246 nəfər virusa yoluxub, 143 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 537 210 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 091 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 284 539 nəfər virusdan sağalıb, 245 580 nəfərin müalicəsi isə davam edir.

