Kriminal 

Bakıda DƏHŞƏT – Qardaş qardaşı qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib.

ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Teymur Ramazanov saxlanılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Daha çox xəbərlər