Braziliyada 50 mindən çox insan koronavirusun qurbanı oldu
Braziliyada koronavirus ilə yoluxma səbəbindən ölənlərin sayı 50 mini keçib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə rəsmi statistikada bildirilib.
Məlumata əsasən, son sutka ərzində 641 ölüm halı qeydə alınıb, onların ümumi sayı 50,617-ə çatıb, təsdiqlənmiş yoluxma halların sayı 17 495 nəfər artaraq 1085 038-ə çatıb.
549 386 nəfərin sağaldığı bildirilir. İyunun 19-da ölkədə koronavirusa yoluxma hallarının sayı 1 milyonu ötüb, eyni zamanda sutka ərzində aşkar olunan halların sayına görə anti-rekord qeydə alınıb – 54,771.

