Dünya 

Türkiyədə daşqın qurbanlarının sayı 5-ə çatıb

Türkiyənin Bursa vilayətində baş vermiş daşqın nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bölgədə itkin düşən 1 nəfərin axtarışı davam edir.

Daşqın Bursa vilayətinin Kestel rayonunun Dudaklı, Narlıdere, Gölcuk, Sarıkaya, Kayacık və Aksu məhəllələrində baş verib.

Təbii fəlakət bölgədə ciddi fəsadlar törədib. Çoxlu sayda ev, əkin sahələri su altında qalıb.

Daha çox xəbərlər