Dünya 

Çində ötən sutka ərzində 22 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 22 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yeni yoluxma hallarından 9-u xaricdən gələn vətəndaşlarda, 13-ü isə ölkə daxilində – Pekin şəhərində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 7 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 418 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Daha çox xəbərlər