Dünya 

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 499 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 231 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 261 nəfər koronavirusdan sağalıb, 7 nəfər isə vəfat edib.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa yoluxanlardan 11 158 nəfər sağalıb, 127 nəfər isə vəfat edib.

Daha çox xəbərlər