Gündəm 

CƏNAB PREZİDENT ! BİZ HƏR ZAMAN SİZİNLƏYİK

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu ayrı-ayrı millətlərin konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq içərisində birgə yaşadığı diyar kimi tanınır.

Tarix boyu vətənimiz daim inkişaf etmiş və bu səbəbdən dolayı yad elli işğalçılarının hücumlarına məruz qalmışdır.Amma əzimli xalq olan Azərbaycan xalqı daima bir olaraq bütün bu çətinliklərə birgə sinə gəlmişdir.Biz tariximizi vərəqləsək aydın görərik ki, daim inkişaf etmişik lakin inkişafımızın ən möhtəşəm dövrü ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövrünə indi isə Cənab Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.Və böyük inam və qürur hissi ilə deyirəm ki Prezidentimiz sayəsində hələ qarşıda ölkəmiz daha da inkişaf edəcəkdir.Cənab Prezidentimizin uğurlu xarici və daxili siyasəti ,uzaqgörənliyi ,sayəsində dövlətimizin indiki mövqeyi çox güclü və əzmlidir.Son zamanlarda bütün dünyada və Azərbaycanda geniş yayılan COVİD 19 virusu ilə bağlı Prezidentimizin böyük fərmanları olmuşdur. Həttda Cənab Prezdentimiz öz əmək haqqısını belə COVİD 19 virusu ilə bağlı mübarizə fonduna bağışlamışdır.Həmçinin bunuda demək istəyirəm ki Prezidentimiz nəinki tibb sahəsində istənilən digər sahələrdə daima xalqımızın yanında olub və dəstəyini əsirgəməyibdir.
Əfsuslar olsun ki, bizim bu inkişafımızı qəbul etməyən dırnaq arası azərbaycanlılar da var.Ölkəmizdə yaşamaq istəməyib vətəndaşlığımızı heçə sayıb xaricdə yaşayan və hər fürsətdə dövlətimizə qarşı mənfi fikirlər sərgiləyən insanlar var.Onların
etdikləri bu hərəkət ümumilikdə dövlətimizlə yanaşı xalqımıza olan təhqirdir.Bu kimi şəxslər əsasən Avropa ölkələrində yaşayan bəzi üzdən iraq azərbaycanlılardır. .Hansı ki, dövlət başçımızı və ailəsini hər fürsətdə əsassız səbəblərlə təhqir edən xaricdə dövlətimizə qarşı manuplasiyalar yaradan şəxslər.Onların etdikləri bu antisiyasət nəticəsində istər-istəməz xaricdən dövlətimizə qarşı müxtəlif formada mənfi fikirlər formalaşır. Sözsüz ki, bu antisiyasətin səbəbkarları da elə bu dırnaq arası azərbaycanlılardır.Mən şəxsən Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirilən anti-azərbaycan siyasətini çox şiddətlə qınayır və Azərbaycan dövlətinə qarşı xəyanət hesab edirəm.Hansı millətin və dövlətin nümayəndəsi olursan ol heç bir zaman millətinə və dövlətinə qarşı belə antisiyasət sərgiləməməli və harada olursan ol Dövlətinin dəyərlərini uca tutmalısan.Müxtəlif Avropa ölkələrində səsləndirilən əsassız şüarlar ermənipərəst azərbaycanlıların haqqsız fikirləri, çıxışları dövlət başçımız Cənab İlham Əliyev və Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyeva ‘ya olunan haqqsızlıqlar antisiyasət oyunlarının bir parçasıdır. Bu insanlar tutduqları yolu azadlıq adlandırırlar. Ancaq bilməlidirlər ki, azadlıq dövlətini onun dövlət başçısını xaricdə təhqir və tənqid etmək demək deyildir.
Dövlətimiz tarixən mənfur düşmənlərlə mübarizə aparmışdır və hələdə bu mübarizə davam edir.Torpaqlarımızın 20 faizi işğal altında olan bir vaxtda heç bir azərbaycanlıya yaraşmaz ki, xaricdən bizlərə qarşı bu cür çirkin fikirlər bəyan etsin.
Və son olaraq üzümü tutub sosial şəbəbkələrdə bu və ya başqa formalarda çıxışlar edən xaricdə yaşayan azərbaycanlılara deyirəm: ‘Siz nə qədər alçaq və mənfur fikirlərinizi bəyan etsənizdə ,xaricdən bizə qarşı manuplasiylar yaratsanızda qüdrəti və əzəməti ilə dünyaya səs salan dövlətimizi və dövlət başçımızı gözdən sala bilməyəcəksiniz.

Biz azərbaycan xalqı olaraq dövlətimizi sevir, dövlət başçımızı dəstəkləyir və hər zaman onun yanındayıq!

ARAN MEDİA qəzetinin baş redaktoru Şeyda Əzizova

Daha çox xəbərlər