Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 minə yaxınlaşır
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 520 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19285 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 11 882 nəfər sağalıb, 136 nəfər isə vəfat edib.

