24 yaşlı Mingəçevir sakini bıçaqlandı
Mingəçevir sakini qolundan bıçaq xəsarəti alıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.
1996-cı il təvəllüdlü Məmmədov Cavanşir İsrafil oğlu sağ qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəsarətin qəsd və ya təsadüf nəticəsində yetirildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.APA

