Dünya 

Ermənistanda daha 662 nəfər koronavirusa yoluxdu: 11 ölü

Ermənistanda koronavirusa yoluxanların sayı 23 909 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 662 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 421 nəfər koronavirusdan ölüb, 10 577 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Daha çox xəbərlər