Dünya 

Braziliyada bir gündə koronavirusa 42 mindən artıq insan yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 223 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 539 081 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 290 nəfər ölüb, ölənlərin ümumi sayı 63 174 nəfər təşkil edir.Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxan 868 mindən artıq insan sağalıb.

Daha çox xəbərlər