Hadisə 

Bakıda 50 yaşlı qadını avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Vəliyeva Mehparə Vəli qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əziyi diaqnozu qoyulub.Report

Daha çox xəbərlər