Türkiyədən TERROR ƏMƏLİYYATI: qırıcılarla zərbələr endirildi
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endirib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.
Məlumata əsasən, zərbələr iki F-16 qırıcı təyyarəsi tərəfindən həyata keçirilib. İraqın şimalında Avaşin-Basyan rayonunda müəyyən edilən terrorçuların obyektləri hava zərbələri nəticəsində məhv edilib.

