“ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyur” – Səfirdən MESAJ
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Örl Litzenberqer 4 iyul – ölkəsinin Müstəqillik Günü münasibətilə müraciət ünvanlayıb.
ARANTV.AZ-ın məlumatına görə, səfir müraciətində ABŞ-Azərbaycan əlaqələrindən də söz açıb.
“Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur”, – deyə Örl Litzenberq bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyur.Oxu.Az

