“Sobsan” boya fabrikində baş vermiş yanğında xəsarət alan beş nəfər xəstəxanaya çatdırılıb – YENİLƏNİB+VİDEO
7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.
Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.
Baku TV-nin əldə etdiyi ilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.
Onlar təcili xəstəxanaya çatdırılıblar.
21:01
7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib.
20:37
Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.
İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

