Sosial 

Bakıda karantin postları yenidən qurulur – VİDEO

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur.

ARANTV.AZ-ın məlumatına görə, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunur.

Bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.

 

Oxu.Az

Daha çox xəbərlər