Qazaxıstanın bölgələrində həftəsonu karantin rejimi sərtləşdirilir
Qazaxıstanın Kostanay vilayətində koronavirus infeksiyasının yayılmasının atması səbəbindən iyulun 11-dən 13-dək sərt karantin rejimi tətbiq ediləcək.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində Kostanay vilayətində 1435 koronavirusa yoluxma halı qeydə alınıb.
Bundan başqa, Almatı şəhərində də həmin günlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Ümumiyyətlə, iyulun 5-dən Almatı şəhərində iş günləri ərzində ictimai nəqliyyat məhdud rejimlə fəaliyyət göstərir.

