Dünya 

Hindistanda ötən sutka ərzində COVID-19-a 26 mindən çox yoluxma qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 26 min 506 yoluxma qeydə alınıb. Bu, Hindistanda gündəlik yoluxma üzrə yeni rekorddur. Ardıcıl 8 gündür ki, Hindistanda gündəlik yoluxma sayı 20 mindən yuxarı olur.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, ölkədə ümumi yoluxma hallarının sayı 793 min 802 nəfərə çatıb. Ötən sutka COVID-19 səbəbindən 475 ölüm baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 21 min 604-ə yüksəlib.

Nazirlik virusa yoluxanların təxminən 62 faizinin sağaldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.

Daha çox xəbərlər