Qəbələdə avtomobillə vurulan piyada hadisə yerində öldü
Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, qəza Hacallı kəndinin ərazisində qeydə alınıb.
Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.
Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.Qafqazinfo

