Ermənistanda koronavirusdan ölənlərin sayı 688 nəfərə çatıb
Ermənistanda koronavirusa yoluxanların sayı 36 162 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 469 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 688 nəfər koronavirusdan ölüb.

