Azərbaycan erməni zorakılığına məruz qalmış soydaşlarımızın yanındadır – RƏSMİ
“Xaricdə yaşayan azərbaycanlılar Ermənistanın təxribatlarına qarşı keçirilən dinc aksiyalarda ordumuza, dövlətimizə dəstək nümayiş etdiriblər”.
ARANTV.AZ-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Faiq Quliyev deyib.
O bildirib ki, aksiyalarda ermənilər soydaşlarımıza qarşı fiziki güc tətbiq ediblər.
“Belə tədbirlərə soydaşlarımız öz ailələri ilə qatılırlar. Azərbaycan dövləti bu insanların yanındadır”, – deyə Diaspor Komitəsinin rəsmisi əlavə edib.Oxu.Az

