Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 363 yeni yoluxma – FOTO
Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.
Hazırda aktiv xəstə sayı 6288 nəfər təşkil edir.

