Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirildi
Baş Prokurorluqda ilin birinci yarısının yekunları ilə bağlı videokonfrans rejimində əməliyyat müşavirəsi keçirilib
Avqustun 5-də prokurorluq orqanları tərəfindən bu ilin birinci yarımilində “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Baş prokuror Kamran Əliyev əməliyyat müşavirəsində məruzə ilə çıxış edib.

