Kriminal 

Azərbaycanda ər arvadını güllələyib öldürdü – YENİLƏNİB

Goranboy rayonunda qətlə yetirilən qadının kimliyi və hadisənin təfərrüatları məlum olub.

Report-un məlumatına görə, hadisə rayonun Stansiya Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, İmanova Gülbuta Gülzalı qızı odlu silahdan açılmış atəş nəticəsində ölüb.

O, iki güllə yarası alıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

5 avqust, 23:52

Goranboy rayonunda qətl hadisəsi baş verib.

Report-un məlumatına görə, rayon ərazisində qadın güllələnib.

O, aldığı güllə yarasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər