Qazaxıstan Dəmir Yolları: Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir
“Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TMTM) üçün əsas tranzit nöqtəsidir”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu “Qazaxıstan Dəmir Yolları”nın sədr müavini Sanjar Yelyubayev deyib.
S.Yelyubayev bildirib ki, Azərbaycan təkcə yük tədarükünün son məntəqəsi deyil, həm Çindən Avropaya və digər regionlara tranzitin vacib halqasıdır.
Sədr müavini əlavə edib ki, yüklərin tranziti 77 faiz, konteynerlərin tranziti 3,3 dəfə artıb.

