Dünya 

Ermənistanda koronavirusa yoluxma sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı 41 495 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istininadən bildirir ki, son sutka ərzində 196 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 817 nəfər koronavirusdan ölüb, 5 952 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Daha çox xəbərlər