Sosial 

Ev şəraitində müalicə alan koronovirus xəstələrinə nəzarət olunur

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin özünütəcrid qaydalarına riayət etməsinə nəzarət tədbirlərini fasiləsiz həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları mütəmadi olaraq həmin şəxslərin yaşadıqları ünvanlara baş çəkir, onlarla maraqlanırlar. Ətrafdakı şəxsləri də virusa yoluxdurmamaları üçün yaşadıqları ünvanları tərk etməmələrinin vacibliyi onların diqqətinə çatdırılır. Həmçinin bildirilir ki, qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqlar.

Daha çox xəbərlər