Sosial 

Sel gələn çayda bir nəfər köməksiz qaldı

Balakən rayonu ərazisində Balakənçay çayında bir nəfərin köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti gecə saatlarında Balakən ərazisinə 45 mm yağış yağdığı, bununla əlaqədar olaraq Balakənçaydan sel keçdiyi barədə məlumat yayıb.

Daha çox xəbərlər