Salyanda kişi arvadını amansızlıqla öldürdü – YENİLƏNİB
Salyan sakini, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib.
ARANTV.AZ-ın məlumatına görə, N.Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
15:45
Salyanda ər arvadını qətlə yetirib.
ARANTV.AZ-ın məlumatına görə, Salyan sakini Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində öldürüb.
Faktla bağlı araşdırma aparılır.APA

