Dünya 

Kenquruların ilk qar sevinci – VİDEO

Avstraliyanın cənub-şərq sahillərində yağan gözlənilməz qar bu materikin simvolu hesab olunan kenquruların sevincinə səbəb olub.

“7News” xəbər verir ki, Yeni Cənubi Uels ştatının sakini kenquruların qar dənəcikləri altında bir-biri ilə oynamasını qeydə alaraq ictimailəşdirib.

“Biz tez-tez kenquruların mübarizə apardığını görürük, ancaq qar yağan zaman bu hadisəyə şahidlik etmək… Çox gözəl idi”, – videonu mobil telefonuna çəkən Vendi Lindsay xatırlayır.

Daha çox xəbərlər