Qazaxıstan Rusiyadan koronavirus vaksini alacaq
Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) və Qazaxıstanın “SK-Farmasiya” şirkəti “Sputnik V” koromnavirus vaksininin tədarükü barədə saziş imzalayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə RBİF-ə istinadən məlumat verir.
İlk vaksin partiyası Qazaxıstana RBİF-in beynəlxalq tərəfdaşları tərəfindən tədarük ediləcək.
Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus vaksinini qeydiyyatdan keçirib.

