Dünya 

Rusiya daha 3 ölkəyə uçuşları bərpa edir

Rusiya hökuməti daha üç ölkəyə uçuşların bərpa edilməsini qərara alıb.

ARANTV.AZ APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Maldiv adalarına aviareysləri bərpa edir.

Qahirəyə (Misir) uçuşlar, həftədə 3 dəfə, Dubai (BƏƏ) və Velana hava limanına (Maldiv adaları) isə həftədə 2 dəfə yerinə yetiriləcək.

Eyni zamanda, Rusiyadan İsveçrəyə uçuşlar həftədə 1 dəfədən 4 dəfəyədək artırılacaq.Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiyadan Türkiyə, Böyük Britaniya və Tanzaniyaya uçuşlar edilib.

Daha çox xəbərlər