Xətaidə gənc bıçaqlandı – VİDEO
Ötən gecə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Nurullayev Rafiq Yusifoğlu kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Nurullayev sol döş qəfəsində kəsilmiş-deşilmiş yaralarla təcili əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.
oxu.az

