BMT-nin 200-dən çox əməkdaşı Suriyada koronavirusa yoluxdu
Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriyada işgüzar səfərdə olan 200-dən çox əməkdaşı koronavirusa yoluxub.
“Reuters” xəbər verir ki, bunu BMT-nin Suriyadakı humanitar yardım üzrə koordinatoru İmran Riza deyib.
Onun sözlərinə görə, BMT əməkdaşlarının iki yüzdən çoxunda infeksiya halı təsdiqlənib, bəziləri xəstəxanaya yerləşdirilib, üç nəfər isə təxliyyə edilib.
Koordinator qeyd edib ki, Suriyada koronavirus infeksiyasına yoluxma hallarının sayı sürətlə artır.
O, ölkədə pisləşən epidemioloji vəziyyətdən narahat olduğunu bildirib.

