Robot Sofiya: “Azərbaycan perspektivli ölkədir”
“Əsas məqsədim dünyanı gəzmək və yeni insanlarla tanış olmaqdır”.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “İnfluencer day” tədbirində çıxış edən robot Sofiya deyib.
Sofiya Azərbaycanla da bağlı fikirlərini bölüşüb:
“Azərbaycan gənc və perspektivli ölkədir. Sizin çox dadlı mətbəxiniz olduğunu bilirəm. Amma təəssüf ki, mən qidalanmıram”.

