Bakıda ər arvadını stəkanla öldürüb — DƏŞHƏTLİ QƏTLİN TƏFƏRRÜATI
ARANTV.AZ xəbər verir ki, hadisə Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı patoloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub.
Baş nahiyəsində olan yaralar bunu sübut edib. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əşyayi-dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib.
Müzəffər Piriyev ifadəsində bildirib ki, əvvəllə narkotik maddələrdən istifadəyə görə bir dəfə məhkum olunub. Cəlalə Abbasova ilə 2000-ci ildə kəbin kəsdirirək evlənib və sonradan nigahlarını rəsmiləşdiriblər. Son vaxtlar arvadının hərəkətlərindən şübhələnməyə başlayıb. Çünki Abbasovanın ona həmişəki kimi münasibət göstərmədiyini hiss edib.
Hadisə baş verən günü uşaqları siqaret almaq üçün mağazaya göndərib və evdə heç kimin olmadığı vaxt arvadı ilə son günlərdə olan şübhələrinə aydınlıq gətirmək istəyib.
İkisidə evin girəcəyindəki pilləkənlərdə oturublar. İçdiyi çayın soyuq olmasını irad tutduqda Cəlalə yenidən ona çay gətirib. Piriyev həyat yoldaşından təkrar şübhələrinin səbəbini soruşduqda Abbasova ona fikrilərinin həqiqətə uyğun olmadığını deyib. Əsəbləşən Müzəffər əlindəki çay stəkanının arxası ilə Cəlalənin başına bir neçə zərbə vurub. Sonuncu yerə yıxılan kimi üstünə çıxıb və sol qolu ilə onun boynunu sıxıb qışqırmasına imkan verməyib.
Beləliklə sonuncunu həyatdan məhrum edib.
Təqsirləndirilən şəxsin əməli cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Müzəffər Piriyev ittiham üzrə özünü təqsirli bilməyərək hadisə vaxtı özündə olmadığını göstərsədə, məhkəmə bunları özünü müdafiə kimi qiymətləndirib.
Sonda məhkəmənin hökmü ilə 1971-ci il təvəllüdlü Müzəffər Piriyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Ölkə.Az

