Hadisə 

Qusarda evdən yanmış kişi meyiti tapılıb

Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.

ARANTV.AZ Report-a istinadən bildirir ki, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb.

Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit tibbi ekspertizadan keçirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Daha çox xəbərlər